In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Azərbaycanda şirkətlər Bakı və Gəncədə RSDTİ klublarına qoşulmağa və ya RSDTİ üzrə nümayiş şirkəti olmağa dəvət edilir

28 oktyabr, 2022

Bakı, Azərbaycan, 28 Oktyabr, 2022-ci il

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Layihəsi çərçivəsində Kiçik və Orta İstehsal Müəssisələri (KOM-lar) RSDTİ üzrə nümayiş şirkəti olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiqində iştirak etmək üçün maraqlarını ifadə etməyə dəvət edilir.

RSDTİ Klubları üçün açıq dəvət haqqında ətraflı məlumat üçün bura klikləyin.

RSDTİ Nümayiş Şirkətləri üçün açıq dəvət haqqında ətraflı məlumat üçün bura klikləyin.