In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Azərbaycanda şirkətlər RSDTİ üzrə nümayiş şirkəti olmağa dəvət edilir

28 oktyabr, 2022
Azərbaycanda şirkətlər RSDTİ üzrə nümayiş şirkəti olmağa dəvət edilir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Layihəsi çərçivəsində Kiçik və Orta İstehsal Müəssisələri (KOM-lar) RSDTİ üzrə nümayiş şirkəti olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiqində iştirak etmək üçün maraqlarını ifadə etməyə dəvət edilir.

Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə 2022-2023-cü illər ərzində ən azı 15 yerli (emal) KOM seçiləcək və onlara müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcəkdir. Bu təkmilləşdirmə tədbirləri enerji, xammal və materiallardan istifadə, su səmərəliliyi və tullantıların idarə olunması sahələrinə diqqət yönəldəcəkdir.

İştirak edən KOM-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır:

  • İstehsal proseslərində resurslardan istifadə yollarının təkmilləşdirilməsi.
  • Resurslara/xərclərə qənaət imkanlarının müəyyənləşdiriləsi.
  • Uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsalın tətbiqi məqsədilə bacarıqların qurulması.
  •  Tullantıların yaranmasını, emissiyaların və/və ya çirkab suların azaldılması yolu ilə ətraf mühitin idarəetmə sisteminin və uyğunluq səviyyəsinin yaxşılaşdırılması.
  • Təmiz istehsal və yaşıl iqtisadiyyatla əlaqəli maliyyə resurslarına çıxış imkanlarının əldə edilməsi.

Seçilmiş RSDTİ Nümayiş Şirkətlərinə təhkim olunacaq  RSDTİ Mütəxəssislərindən ibarət komanda  müəssisələrə texniki səfərlər həyata keçirməklə RSDTİ üzrə müəssisə daxili qiymətləndirmələr aparacaqdlr.

Müəssisə daxili RSDTİ qiymətləndirmələri şirkətlərə resurslardan istifadəni optimallaşdırmağa kömək etmək üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlili rəhbər tutacaqdır. Bura qeyri-səmərəli üsulları qiymətləndirmək üçün məlumatların təhlili, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsi və ümumi istehsal prosesinin təkmilləşdirilməsinə dəstək göstərilməsi daxildir. Bura, həmçinin şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və nümayiş şirkətlərində həyata keçirilən tədbirlərin monitorinqi daxildir.

Beləliklə, RSDTİ Nümayiş Şirkətlərinin Azərbaycanda RSDTİ tədbirlərinin bütöv icra müddətinə töhfə verəcəkləri gözlənilir.

TƏLƏBLƏR:

iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər:

  • Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir.
  • Kiçik və ya orta ölçülü müəssisə (KOM) olmalıdır.
  • Emal sənayesi və ya onun bir sahəsi ilə məşğul olmalıdır.

Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində UNIDO-nun milli heyəti tərəfindən həyata keçirilir. Bu heyət, Milli Koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə Milli İcraçı Tərəfdaşı olan ACE Group Consultants şirkətinin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarətdir. Milli heyət nümayiş şirkətlərinin müraciətlərinə baxaraq seçim, müsahibə və müqavilələrin imzalanması işlərini həyata keçirəcəkdir.

MÜRACİƏT QAYDALARI: müraciət etmək üçün zəhmət olmasa, əlavə edilmiş ərizə formasını və maraqların ifadə edilməsi məktubunu doldurun, imzalayın və VÖEN ilə birlikdə Nicat Babayevə göndərin:
nijat@aceconsultants.az  

Tel: (+994 12) 488 68 32
Tel/Fax: (+994 12) 488 67 91
Mobil (ofis): (+994 50) 407 22 76

Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir.

MÜRACİƏT ÜÇÜN SON TARİX: 15 Mart 2023-cü il

 

AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ DAHA TƏMİZ İSTEHSALIN NÜMAYİŞİ

 ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB

1

Şirkətin adı  

 

 

VÖEN

 

2

Ünvan (qiymətləndiriləcək istehsal obyekti)

 

3

Sektor

 

4

Əlaqə üçün şəxs / vəzifəsi

 

5

Vebsayt/El-poçt / telefon

 

6

İşçilərin sayı

 

7

Məhsullar

 

8

Bazarlar (yerli və ya xarici)

 

 

Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla EU4Environment layihəsi vasitəsilə RSDTİ metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bundan irəli gələrək layihə heyəti ilə görüşmək və layihədə iştirak üçün namizədliyimizin ilkin təhlilinin aparılmasına hazırıq.

Tarix: ________________

İmza və möhür: ____________________

Şirkətin təmsilçisi: ___________________

Vəzifəsi: ____________________________