Azərbaycan şirkətləri Bakı və Gəncədə RSDTİ klublarına qoşulmağa dəvət olunur
EU4Environment Bakıda və ya Gəncədə Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) klublarına qoşulacaq müəssisələr axtarır.
Bakı RSDTİ Klubu UNEC-in nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin, Gəncə RSDTİ Klubu isə Gəncə Dövlət Universitetinin nəzdində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərir.
RSDTİ Klublarının məqsədi, xüsusən də Kiçik və Orta Müəssisələr (KOM-lar) üçün sərfəli dəstək modelini hazırlamaq və bunu pilot müəssisələrdə tətbiq etməkdir. Hər bir Klub 8-10 kiçik müəssisəni əhatə edir və Klub onlara RSDTİ üzrə praktiki dəstək göstərir. RSDTİ Klubu proqramını bitirdikdən sonra hər bir üzv müəssisə işlək RSDTİ planı hazırlayır və onun həyata keçirilməsinə başlayır. Tədbirlər planı tematik əsasda hazırlanır və tətbiq edilir. Hər bir mövzu/modul 2-3 saat sürən seminar ərzində təqdim olunur və üzv müəssisələrin əldə edilmiş biliklərin praktikada tətbiq etməsinə kömək edən bələdçi vəsaitlə başa çatır. Seminardan sonra müəssisələr öz təcrübələrini (həmçinin, kollektiv öyrənməni təşviq etməklə) layihə komandası ilə bölüşür və növbəti mövzu ilə tanış olurlar. Ümumilikdə, 6 modul təxminən 4 ay ərzində 3 həftəlik fasilələrlə çatdırılır.
Bu proses boyunca RSDTİ Klublarının fasilitatoru Klub üzvlərinə bilavasitə yerində bələdçilik edir və təlimlər keçir. Fasilitator ilkin baxış, toplanmış məlumatları nəzərdən keçirmək və RSDTİ tədbirlərinin müəyyənləşdirilməsini və qiymətləndirilməsini dəstəkləmək üçün seçilmiş şirkətlərə 3-4 texniki xarakterli səfər edir. Layihənin icrası zamanı şirkətləri dəstəkləmək və onlara bələdçilik etmək üçün e-poçt yazışmaları və telefon danışıqları vasitəsilə əlaqə saxlanılır. Tədricən RSDTİ Klubuna üzv olan hər bir şirkət tərəfindən ekoloji fəaliyyət planı hesabatından ibarət xülasə işlənib hazırlanır.
TƏLƏBLƏR:
İştiraka maraqlı olan şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər:
- Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir.
- Kiçik və ya orta ölçülü müəssisə (KOM) olmalıdır.
- Emal sənayesi və ya onun bir sahəsi ilə məşğul olmalıdır.
Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində UNIDO-nun milli heyəti tərəfindən həyata keçirilir. Bu heyət, Milli Koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə Milli İcraçı Tərəfdaşı olan ACE Group Consultants şirkətinin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarətdir. Milli heyət nümayiş şirkətlərinin müraciətlərinə baxaraq seçim, müsahibə və müqavilələrin imzalanması işlərini həyata keçirəcəkdir.
MÜRACİƏT QAYDALARI: müraciət etmək üçün zəhmət olmasa, əlavə edilmiş ərizə formasını və maraqların ifadə edilməsi məktubunu doldurun, imzalayın və VÖEN-in surəti ilə birlikdə Nicat Babayevə göndərin:
nijat@aceconsultants.az
Tel: (+994 12) 488 68 32
Tel/Fax: (+994 12) 488 67 91
Mobil (ofis): (+994 50) 407 22 76
Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir.
MÜRACİƏT ÜÇÜN SON TARİX: 22 Noyabr 2022-ci il
AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ DAHA TƏMİZ İSTEHSALIN NÜMAYİŞİ
ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB
1 | Şirkətin adı |
|
| VÖEN |
|
2 | Ünvan (qiymətləndiriləcək istehsal obyekti) |
|
3 | Sektor |
|
4 | Əlaqə üçün şəxs / vəzifəsi |
|
5 | Vebsayt/El-poçt / telefon |
|
6 | İşçilərin sayı |
|
7 | Məhsullar |
|
8 | Bazarlar (yerli və ya xarici) |
|
Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla EU4Environment layihəsi vasitəsilə RSDTİ metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bundan irəli gələrək layihə heyəti ilə görüşmək və layihədə iştirak üçün namizədliyimizin ilkin təhlilinin aparılmasına hazırıq.
Tarix: ________________
İmza və möhür: ____________________
Şirkətin təmsilçisi: ___________________
Vəzifəsi: ____________________________