In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Məqsədləri

RSDTİ metodologiyasının məqsədi

UNIDO tərəfindən idarə olunan RSDTİ Nümayiş Layihəsi komponenti kiçik və orta biznesə (KOB) və digər təşkilatlara məhsul tərtibatı və istehsal proseslərində RSDTİ yanaşma və metodlarını tətbiq etmək və uyğunlaşdırmaqla onların iqtisadi və ekoloji göstəricilərini yaxşılaşdırmağa kömək etmək məqsədi daşıyır. Bu məqsədlə KOB-lara aşağıdakı xidmətləri (təmənnasız) təklif edirik:

1. Müəssisələrdə RSDTİ imkanlarının qiymətləndirilməsi üçün məsləhət xidmətləri;

2. Müəssisələrdə RSDTİ sahəsində texnoloji ehtiyacların müəyyən edilməsi və texnoloji həllərin təklif edilməsi;

3. RSDTİ metodologiyasına sərmayə qoyuluşu üçün texniki layihə təklifləri və biznes planların hazırlanması;

4. KOB-ların şəhər və regional RSDTİ Klublarına cəlb edilməsi və KOB texniki işçilərinin RSDTİ metodologiyası və metodları üzrə hazırlanması;

5. KOB-lara UNIDO sertifikatlarının verilməsi və RSDTİ nümayiş qiymətləndirmələri, RSDTİ Klubları və texnologiya transfer komponentləri vasitəsilə layihədə iştirak edən şirkətlərin daha yaxşı tanıdılması.