In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Fəaliyyət istiqamətləri

RSDTİ metodologiyasının geniş şəkildə tətbiqi yolu ilə iqtisadi, ekoloji və sosial faydalar potensialından istifadə etmək üçün bu layihə aşağıdakı üç fəaliyyət klasteri vasitəsi ilə benefisiar ölkələrdə (Azərbaycan da daxil olmaqla) RSDTİ metodologiyasının tətbiqini və genişləndirilməsini dəstəkləyir:

  • RSDTİ metodları və texnologiyaları üzrə milli mütəxəssislərin hazırlanması, habelə müəssisələrə və digər təşkilatlara xidmət göstərilməsi mexanizmlərinin hazırlanması:
    • Yerli müəssisələrdə və digər təşkilatlarda RSDTİ metodlarının tətbiqi ilə əlaqədar UNIDO mütəxəssisləri tərəfindən hazırlanan milli mütəxəssis heyəti.
  • Ekoloji və iqtisadi fayda əldə etmək üçün RSDTİ metod və texnologiyalarının tətbiqində hədəf sektorlardan olan müəssisələrə və digər təşkilatlara dəstək vermək:
    • Azərbaycanda kimya, kənd təsərrüfatı məhsulları və tikinti materialları istehsal edən alt sektorlarda 10 müəssisə üçün RSDTİ metodologiyasının ətraflı qiymətləndirilməsi artıq başa çatmışdır. İcra nəticələri iqtisadi və ekoloji faydalarla birlikdə müəssisə səviyyəsində standart ölçülər toplusundan istifadə edilərək sənədləşdirilmiş və geniş şəkildə yayılmışdır.
    • Daha geniş maraqlı tərəf qrupu (həmçinin biznes sektoru, milli və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, elmi dairələr və vətəndaş cəmiyyəti) arasında RSDTİ imkanları və faydaları haqqında məlumatlandırma kampaniyalarının gücləndirilməsi.
  • Hədəf sektorlarda əsas RSDTİ texnologiyalarının/avadanlıqlarının köçürülməsini və yerləşdirilməsini dəstəkləmək:
    • Müəssisə səviyyəsində toplanan nəticələrə əsasən, seçilmiş sektorlarda texnologiya boşluğunun təhlili və ümumi texnologiya ehtiyacları müəyyən edilir.
    • Nəticədə RSDTİ metodologiyasının tətbiq miqyasını daha da genişləndirmək üçün, o cümlədən müəssisənin mövcud biznes və investisiya planlarına uyğunlaşdırmaqla uyğun texnoloji həllər tövsiyə olunur.