In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

EU4Environment layihəsi adından dəvət: Azərbaycanda RSDTİ üzrə 3-günlük intensiv təlimdə iştirak etmək üçün müəssisələr maraqlarını ifadə etməyə dəvət olunur

29 noyabr, 2023
EU4Environment layihəsi adından dəvət: Azərbaycanda RSDTİ üzrə 3-günlük intensiv təlimdə iştirak etmək üçün müəssisələr maraqlarını ifadə etməyə dəvət olunur

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Təşəbbüsü 18, 20 və 22 dekabr 2023-cü il tarixlərində kiçik və orta istehsal müəssisələrini (KOM-lar) Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə üç günlük intensiv təlimdən faydalanmağa və Azərbaycanda RSDTİ metodologiyasının tətbiqində iştirak etməyə çağırır.

Bu çağırış 2021-ci ildən etibarən ölkədə tətbiq olunmağa başlayan RSDİ metodologiyası haqqında daha çox öyrənmək istəyən çoxsaylı istehsal şirkətlərinin müraciəti əsasında başladılmışdır.

MÜRACİƏT ÜÇÜN SON TARİX:  08 Dekabr 2023

2021-2023-cü illər arasında Azərbaycanda 35 yerli KOM (istehsalla məşğul olan) seçilmiş və onlara bizneslərinin yaşıllaşdırılması və istehsalın səmərəliliyinin artırılması üçün dəstək göstərilmişdir. Bu təkmilləşmələr enerji, xammal və materiallardan istifadə, su səmərəliliyi və tullantıların idarə edilməsi kimi sahələrə diqqət yetirmişdir (bu sayədə RSDTİ metodologiyasının tətbiqinin genişləndirilməsi).

RSDTİ təlimində iştirak edəcək KOM-lar üçün gözlənilən faydalar bunlardır:

  • İstehsal proseslərində resurslardan istifadəni təkmilləşdirmək.
  • Resurslara/xərclərə qənaət imkanlarını müəyyənləşdirmək.
  • Uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsal üçün potensial yaratmaq.
  • Tullantıların yaranmasını, emissiyaları və/və ya tullantıları azaltmaqla ətraf mühitin idarə edilməsi sistemini və uyğunluğu təkmilləşdirmək.
  • Təmiz istehsal və yaşıl iqtisadiyyatla bağlı maliyyə əldə etmək.

Təlimi bitirdikdən sonra müəssisələr resurslardan istifadəni optimallaşdırmaqda özlərinə kömək etmək üçün RSDTİ metodologiyası əsasında sistematik təhlil apara biləcəklər. Bura, səmərəsiz üsulları qiymətləndirmək üçün məlumatların təhlili, habelə mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsi daxildir və bu təhlillər yekunda şirkətin ümumi istehsal prosesinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

TƏLƏBLƏR:

RECP təlimində iştirak etmək istəyən şirkətlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməli və Azərbaycanda fəaliyyət göstərməli.
  • Kiçik və ya orta müəssisə (KOB) olmalı.
  • İstehsal sənayesi və ya onun bir hissəsi ilə məşğul olmalı.

Bu fəaliyyət EU4Environment təşəbbüsü çərçivəsində UNIDO-nun Azərbaycandakı milli komandası tərəfindən həyata keçirilir. Komanda Milli Koordinatordan və UNIDO-nun Milli İcraçı Tərəfdaşı qismində ACE Group Consultants MMC-nin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarətdir. Milli komanda şirkətlərin RSDTİ təliminə müraciəti və iştirakı ilə məşğul olacaq.

MÜRACİƏT QAYDALARI: müraciət etmək üçün əlavə olunmuş ərizəni və maraq ifadə forması dolduraraq VÖEN şəhadətnaməsi ilə birlikdə Nicat Babayevə göndərin: nijat@aceconsultants.az

Tel: (+994 12) 488 68 32
Mobil (ofis): (+994 50) 407 22 76