Azərbaycanda istehsalat müəssisələri üçün RSDTİ yönümlü biznes planların yazılması mövzusunda onlayn təlim keçiriləcəkdir
Hörmətli həmkarlar!
Məlumat üçün bildirmək istərdik ki, EU4Environment layihəsi çərçivəsində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) metodlarının ölkəmizdə tətbiqi istiqamətində silsilə fəaliyyətlərin davamı olaraq UNIDO-nun beynəlxalq və yerli ekspertlərinin iştirakı ilə Azərbaycanda istehsalat müəssisələri üçün RSDTİ yönümlü biznes planların yazılması mövzusunda 22 noyabr 2023-cü il tarixdə 1-günlük onlayn təlim keçirilməsi nəzərdə tutulmuşdur. Bu təlim maliyyə menecmenti və risklərin qiymətləndirilməsi, ətraf mühitin idarə edilməsi, enerji səmərəliliyi, mühəndislik, həmçinin istehsal (sənaye) şirkətlərində çalışan mütəxəssislər, habelə akademik dairələrin üzvləri üçün faydalı olacaqdır.
Təlimdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://unido-org.zoom.us/meeting/register/tZMlc-Ctqj0qGNXChBnBbiJWdI0HEJHPUIyV
Əlavə olaraq bildirmək istərdik ki, bu təlim marağı olan hər kəsə açıqdır və bu məlumatı təlimdən faydalana biləcəyini hesab etdiyiniz tanıdığınız startap rəhbərləri, maliyyəçi və digər mütəxəssislərlə paylaşa bilərsiniz.
Təlimin gündəliyi əlavə olunur.
Gündəlik