EU4Environment çərçivəsində Azərbaycanda Yaşıl Məhsullar üçün Vahid Bazar (YMVB) təşəbbüsünün tətbiqi üzrə xidmətlərin göstərilməsi
EU4Environment Yaşıl Məhsullar üçün Vahid Bazar (SMGP) təşəbbüsünün icrasında UNIDO-ya dəstək vermək üçün Azərbaycandan təşkilat və qurumlar axtarır.
Maraqlanan təşkilatlar müraciət edərkən yalnız Azərbaycanı, iki ölkəni (üstünlük əsasında) və ya hər üç Şərq Tərəfdaşlığı ölkəsini (Ermənistan, Azərbaycan və Moldova Respublikası) seçə bilərlər.
Qiymət təklifini təqdim etmək üçün bura klikləyin: https://bit.ly/3wkYTB1 (İstinad: 7000005780).
Son tarix: 15 sentyabr 2022 (18:30 GMT 2.00)
Bu fəaliyyət UNIDO tərəfindən Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində “Aİ Ətraf Mühit Naminə” (EU4Environment) təşəbbüsü çərçivəsində həyata keçirilən “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” işinin bir hissəsidir.
Əlavə məlumat üçün d.marusic@unido.org ünvanı vasitəsilə xanım Dragana Marusic ilə əlaqə saxlayın.
YMVB təşəbbüsü və MEİ haqqında
“Ətraf mühitə dost” və ya “eko-etiketlər” əldə etmək üçün məhsul və xidmətlər öz məhsul kateqoriyası və ya sektoru daxilində ekoloji cəhətdən daha üstün olduqlarını sübut etmək məqsədiylə müxtəlif könüllü üsullardan istifadə edə bilərlər. Təkcə Avropa İttifaqında (Aİ) 230-dan çox eko-etiket mövcud olsa da, məhsullarını ətraf mühitə dost kimi bazara çıxarmağa çalışan şirkətlər üçün bazar imkanları və bazardakı çağırışlar arasında düzgün balans yaratmaq çətin ola bilər. Ayrılıqda özünün xüsusi metodoloji tələblərinə malik olan ekoetiketlərin geniş çeşidi şirkətlər üçün əlavə xərclər və ya gecikmələr, istehlakçılar üçün isə çaşqınlıq ilə nəticələnə bilər.
Bu problemləri həll etmək, məhsul kateqoriyası daxilində müqayisəliliyi artırmaq və həm istehsalçılara, həm də istehlakçılara aydın göstəricilər vermək üçün Avropa Komissiyası 2013-cü ildə Yaşıl Məhsullar üzrə Vahid Bazar (YMVB) proqramı çərçivəsində Məhsulun Ekoloji İzi (MEİ) təşəbüsünü təqdim etdi.
Ətraflı məlumat üçün https://bit.ly/39Kp5x3 daxil olun və ya bizim xüsusi bukletlə tanış olun: https://bit.ly/3bdw6qf.