In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Azərbaycanda Dairəvi İqtisadiyyata Keçid – EU4Environment təşəbbüsü sənaye tullantılarının xəritələşdirilməsi üzrə fəaliyyətləri irəliyə aparır

23 avqust, 2022
Azərbaycanda Dairəvi İqtisadiyyata Keçid – EU4Environment təşəbbüsü sənaye tullantılarının xəritələşdirilməsi üzrə fəaliyyətləri irəliyə aparır

Avqustun 24-də UNIDO Azərbaycanda Abşeron-Xızı və Bakı İqtisadi Rayonlarının müəssisələri üçün Sənaye Tullantılarının Xəritələşdirilməsi (IWM) üzrə texniki tədbir keçirir. Bu tədbir Aİ tərəfindən maliyyələşdirilən “EU4Environment” təşəbbüsünün “Dairəvi İqtisadiyyat və Yeni Artım İmkanları” ilə əlaqəli fəaliyyətlər çərçivəsində təşkil olunur.

Bu tədbirin keçirilməsində məqsəd sənaye tullantılarının idarə edilməsi və tullantıların xəritələşdirilməsi fəaliyyətlərinin ilkin nəticələrini təqdim etmək və Abşeron-Xızı İqtisadi Rayonu və Bakı İqtisadi Rayonunda yerləşən müəssisələrin nümayəndələrinə gələcək planların işlənib hazırlanmasında və nəticələrin ümumiləşdirilməsində köməklik göstərilməsi üçün irad və təkliflərin bildirilməsi və lazımi töhfələrin verilməsinə imkan yaratmaqdır.

Bu texniki tədbirin əsas auditoriyasını Abşeron-Xızı İqtisadi Rayonu və Bakı İqtisadi Rayonunu təmsil edən müəssisələrin, o cümlədən sənaye müəssisələri, yerli icra hakimiyyəti orqanları və qurumların, elmi dairələrin nümayəndələri və müstəqil ekspertlər, həmçinin UNIDO və SWECO-nun nümayəndələri təşkil edir. Bu tədbirin təşkilatçıları UNIDO, ACE Group Consultants MMC və SWECO şirkətidir.

Bu tədbir haqqında daha ətraflı məlumat üçün xanım Asya Çələbova ilə əlaqə saxlayın: asya@aceconsultants.az

Sənaye Tullantılarının Xəritələşdirilməsi

Tullantıların idarə edilməsi tullantıların əmələ gəlməsindən onların son utilizasiyasına qədər olan prosesi idarə etmək üçün tələb olunan fəaliyyətlərə aiddir. Bura tullantıların idarə edilməsi prosesinin və tullantılarla bağlı qanunların, texnologiyaların və iqtisadi mexanizmlərin monitorinqi və tənzimlənməsi fəaliyyətləri ilə yanaşı tullantıların toplanması, daşınması, təmizlənməsi və utilizasiyası daxildir. Bu yanaşmaya dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi dəyər zəncirindəki resurs boşluqlarını bağlamaq üçün tullantıların qarşısının alınmasına və məsuliyyətli istehsalına, təkrar istifadəsinə, təmirinə və təkrar emalına diqqət yetirən yeni idarəetmə modelini gətirir (beləliklə, yeni sənayelər üçün daha çox imkanlar və iş yerləri açır, emissiyaları azaldır və resurslardan səmərəli istifadəni artırır).

Effektiv və dairəvi tullantı idarəetmə sistemi istehsal sənayelərinin dayanıqlılığına və iqtisadi imkanların təşviqinə töhfə verərək biznesə əlavə dəyər qatır. Tullantıların xəritələşdirilməsi fəaliyyətinin ümumi məqsədi gələcəkdə tədqiq olunan bölgələrdə tullantıların idarə olunması üçün resurs səmərəliliyi və dairəvi təcrübələri inkişaf etdirmək üçün variantlar hazırlamaq məqsədilə istehsal müəssisələrinin yaratdığı tullantı axınlarını müəyyən etmək, qiymətləndirmək və xəritələşdirməkdir.

Azərbaycanda Sənaye Tullantılarının Xəritələşdirilməsi  və Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) ilə bağlı digər fəaliyyətlər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun: https://recp.aceconsultants.az/az

Agenda (English | Azerbaijani)